Bakı. Trend:
İran və Rusiya arasında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi iki tərəf üçün aydın perspektivlər müəyyənləşdirə bilər.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün Moskvada Rusiya prezidenti ilə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu saziş, İran və Rusiya arasında bütün sahələrdə, xüsusilə də iqtisadi əməkdaşlıq sahəsində münasibətlərdə yeni səhifə açacaq.
"İnanıram ki, bu sənəd iki ölkənin mənafeyi istiqamətində tənzimlənib və tərəflər üçün əməkdaşlığın inkişafı yolunu daha səmərəli edəcək", - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün İran və Rusiya arasında 47 bənddən ibarət Hərtərəfli Strateji Tərəfdaşlıq sazişi imzalanıb.