Bakı. Trend:
Ötən ilin 11 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46146 nikah və 19597 boşanma halları qeydə alınıb.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.