...

Türkiyədən Fransaya dəri ixracında azalma müşahidə edilib

Dünya xəbərləri Materials 17 Yanvar 2025 12:08 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyədən Fransaya dəri ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz azalaraq, 68 milyon 951 min 63 dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyədən Fransaya 5 milyon 119 min 99 dollar məbləğində dəri ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 75,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz azalaraq, 1 milyard 526 milyon 663 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 110 milyon 163 min dollar məbləğində dəri ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 4,6 faiz azdır”, – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 1 milyard 526 milyon 663 min dollar məbləğində dəri ixrac edib.

Xəbər lenti

Xəbər lenti