Bakı. Trend:
İsrail hökuməti girovlarla bağlı razılaşmanı və Qəzza zolağında atəşkəsi təsdiqləsə, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir istefa verəcək.
Trend-in məlumatına görə, bu barədə nazir mətbuat konfransı zamanı deyib.
"Bu razılaşma qəbuledilməzdir. Bu sənədin bağlanılacağı təqdirdə, "Otzma Yehudit" partiyası hökuməti tərk etmək üçün ərizə verəcək", - deyə o bildrib.
Ben-Qvir əlavə edib ki, “Qəzza zolağında müharibə yenidən başlasa, Otzma Yehudit hökumətə qayıtmağa hazır olacaq”.