...

ABŞ Şimali Koreyadan iki şəxsə və dörd İT təşkilatına sanksiya tətbiq edib

Dünya xəbərləri Materials 17 Yanvar 2025 07:14 (UTC +04:00)
ABŞ Şimali Koreyadan iki şəxsə və dörd İT təşkilatına sanksiya tətbiq edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ İT sənayesində qeyri-qanuni qazanc əldə etdiklərinə görə Şimali Koreyadan olan iki şəxsə və dörd təşkilata sanksiya tətbiq edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bildirib.

"OFAC bu gün KXDR hökumətinə qeyri-qanuni gəlir əldə etdiklərinə görə iki fiziki şəxsə və dörd quruma sanksiya tətbiq edib", - deyə qeyd olunub.

OFAC bildirib ki, sanksiyalar siyahısına düşənlər Pxenyan üçün qazan əldə eləyən Şimali Koreyalı İT işçilərinin xaricə göndərilməsi ilə bağlıdır.

O cümlədən, ölkənin Xalq Silahlı Qüvvələri Nazirliyinin 53-cü departamenti və ona bağlı olan şəxslər və şirkətlər sanksiyalara məruz qalıb. Açıqlamada deyilib ki, 53-cü departament müxtəlif sənaye sektorlarında, o cümlədən İT sənayesində yalançı şirkətlərindən istifadə edərək mənfəət əldə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti