...

İsrail hökuməti Qəzza sazişinə “yaşıl işıq” verdi

Dünya xəbərləri Materials 17 Yanvar 2025 20:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsrail hökuməti Qəzza bölgəsində atəşkəs rejimi və orada saxlanılan əsirlərin azad edilməsi haqqında razılaşmanı təsdiq etməlidir.

Trend xəbər verir ki, bu haqda İsrailin hərbi-siyasi kabinetində keçirilən iclasın yekunlarına dair qərarda deyilir.

“Bütün aspektləri – siyasi, təhlükəsizlik və humanitar sahələrdə - təhlil etdikdən sonra və təklif olunan razılaşmanın müharibə məqsədlərinə nail olunmasına vasitəçilik etdiyini nəzərə alaraq milli təhlüksəzilik məsələləri üzrə nazirlər komissiyası (hərbi-siyasi kabinet) hökumətə təklif olunan planı təsdiqləməyi tövsiyə edir” ,- İsrail baş naziri Binyamin Netanyahunun ofisinin yaydığını bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti