...

Türkiyə Qazaxıstana kimyəvi maddə ixracını artırıb

Dünya xəbərləri Materials 17 Yanvar 2025 09:50 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq, 248 milyon 187 min 91 dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Qazaxıstana 22 milyon 61 min 35 dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 36,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə ixracı 2023-cü ilin ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 30 milyard 785 milyon 242 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 2 milyard 658 milyon 128 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 1,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 30 milyard 785 milyon 242 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti