...

Ötən il 4 minə yaxın təhlükəsizlik parametri müəyyən edilib

İqtisadiyyat Materials 17 Yanvar 2025 10:46 (UTC +04:00)
Ötən il 4 minə yaxın təhlükəsizlik parametri müəyyən edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il qabaqcıl texniki reqlamentlər, qaydalar və istinad standartlarının təhlili əsasında ümumilikdə 34 mal kateqoriyası üzrə 818 məhsul növü araşdırılıb, texniki tənzimləmənin şamil olunduğu mallara dair 3817 təhlükəsizlik parametri müəyyənləşdirilib.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin təhlükəsizlik parametrləri üzrə 31 dövlət orqanının tabeliyində olan sınaq laboratoriyaları, o cümlədən, akkreditasiya olunmuş 90 sınaq laboratoriyasının imkanları qiymətləndirilib.

Qeyd olunub ki, texniki tənzimləmə sahəsində laboratoriyaların diaqnostik qiymətləndirilməsi dəqiq və etibarlı nəticələrin əldə olunması, məhsul və xidmətlərin keyfiyyətinin artırılması, istehlakçı maraqlarının qorunmasına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti