Bakı. Trend:
Niderlandda internetə qoşulma qiymətləri əksər Aİ ölkələrindən yüksəkdir. Daha aşağı sürətə malik internet abunələri üçün tariflər xüsusilə yüksəkdir.
Trend-in məlumatına görə, bu barədə Niderland İstehlakçılarla iş və bazarlar İdarəsinin hesabatında deyilir. Niderlandda 100 Mbit/s sürətlə internet bağlantısı ayda 32-45 avro arasındadır. Niderland İstehlakçılarla iş və bazarlar İdarəsi (ACM) bu nəticəyə görə ölkəni Avropanın ən bahalı üç ölkəsi sırasına daxil edir.
Sloveniya və İrlandiyada əsas 100 Mbit/s internet abunələri daha bahadır. Büdcə seqmentində qiymətlərin yüksək olması səbəbindən ACM əlavə araşdırma aparacaq.