Bakı. Trend:
Yelo Bank, müştərilərinin gündəlik maliyyə işlərini daha rahat
və sürətli etmək məqsədilə rəqəmsal xidmətlərini daim
təkmilləşdirir. İndi Yelo App vasitəsilə ölkənin aparıcı təhsil
müəssisələrinin ödənişlərini heç hara getmədən cəmi bir neçə kliklə
həyata keçirmək mümkündür.
Yelo App ilə ödəniş etmək mümkün olan təhsil müəssisələri:
- ADA University
- ADA məktəbi
- Avropa Azərbaycan məktəbi
- ATL Academy
- Azerbaijan British College
- Baku Oxford School
- Dunya School
- Kaspi Liseyi
- Hədəf Liseyi
- Milli Aviasiya Akademiyası
- Onlayn Sınaq İmtahan Mərkəzi
- 21-ci Əsr Tədris Mərkəzi
Necə istifadə etməli?
- Yelo App tətbiqində “Ödəniş” menyusunu seç.
- Daha sonra “Təhsil və sınaq” bölməsinə daxil ol.
- Təhsil müəssisəsinin tələb etdiyi məlumatları (Tələbə ID, valideynin FIN kodu və s.) daxil et.
Bununla da vaxt itirmədən, cəmi bir neçə kliklə ödəniş
tamamlanır və növbələrdə xərcləyəcəyin dəyərli vaxtını özünə və
sevdiklərinə ayıra bilərsən. Yelo App yalnız təhsil ödənişlərini
deyil, digər bank əməliyyatlarını da əlçatan edir. Tətbiq
vasitəsilə kart və kredit sifariş edə, ölkədaxili və ölkəxarici
köçürmələr gerçəkləşdirə, səfirlik üçün arayış ala və digər bir çox
əməliyyatları yerinə yetirə bilərsən.
Yelo Bank, rəqəmsal xidmətlərini genişləndirərək müştərilərinə daha
innovativ və istifadəçi dostu təcrübə təqdim etməyi hədəfləyir. Sən
də Yelo App-in üstünlüklərindən yararlanmaq üçün tətbiqi smartfona
yüklə: bit.ly/ylmbltb. Təhsil ödənişləri
haqqında daha ətraflı məlumat üçün: bit.ly/tehsil-odenisleri
Bank xidmətləri, eləcə də tecili
kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!