...

Britaniya Ukraynada hərbi bazalarının yerləşdirilməsini nəzərdən keçirir

Dünya xəbərləri Materials 17 Yanvar 2025 06:30 (UTC +04:00)

Bakı. Trend:

London Ukrayna ərazisində müdafiə obyektlərinin yerləşdirilməsi, o cümlədən hərbi bazaların qurulması imkanlarını araşdırır.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya hökuməti mətbuat xidmətinin baş nazir Key Starmerin Kiyevə səfərindən sonra dərc etdiyi sənəddə deyilib.

"Britaniya və Ukrayna texnoloji imkanlarını genişləndirmək, hərbi ehtiyaclarını birgə müəyyənləşdirmək və birgə istehsal olunan texnologiyaların çeşidini genişləndirmək üçün əməkdaşlıq edəcəklər", - deyə iki ölkə arasında yüzillik tərəfdaşlıq haqqında bəyannamədə bildirilib.

Qeyd olunub ki, bəyannamənin iştirakçıları “Ukrayna ərazisində hərbi bazaların, logistika anbarlarının, hərbi ehtiyat anbarlarının, avadanlıqların və ləvazimatların yerləşdirilməsi və saxlanması” imkanlarını araşdıracaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti