Bakı. Trend:
Ötən il Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 41,2 milyard manat olmaqla, əvvəlki ilə nisbətən 1,0 faiz artıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, qeyd olunan ümumi göstəricidən 38 009,6 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 1,2% çoxdur.
Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 29 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 38,7 milyard kub metr təşkil edib.
Əmtəəlik neft hasilatı əvvəlki illə müqayisədə 3,6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 6,2 faiz artıb.
Hesabat dövründə Azərbaycanda cəmi 29 063 min ton neft (3,6% azalma) və 50 596,7 mln. kubmetr qaz (4,3% artım) hasil edilib.