...

Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərindən yükdaşımalar artıb

İqtisadiyyat Materials 17 Yanvar 2025 16:32 (UTC +04:00)
Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərindən yükdaşımalar artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin yanvar - noyabr aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 30 254,8 min ton olub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 282 min ton (0,9%) çoxdur.

Bildirilib ki, yüklərin 13906,7 min tonu və ya 46,0 faizi dəmir yolu nəqliyyatı, 9105,4 min tonu və ya 30,1 faizi avtomobil nəqliyyatı, 7242,7 min tonu və ya 23,9 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhlizlər vasitəsilə daşınmış yüklərin 57,0 faizini və ya 17245,6 min tonunu tranzit yüklər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti