...

Ötən il 2 minə yaxın ailə dövlətdən kirayəyə mənzil götürüb

İqtisadiyyat Materials 17 Yanvar 2025 12:20 (UTC +04:00)
Ötən il 2 minə yaxın ailə dövlətdən kirayəyə mənzil götürüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il 2 minə yaxın ailə dövlətdən kirayəyə mənzil götürüb

Bu barədə Trend-ə İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib.

Bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu (Fond) tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir.

Qeyd edilib ki, 2024-cü ildə mexanizm çərçivəsində ümumilikdə 1871 kirayə müqaviləsi rəsmiləşdirilib ki, bu da 2023-cü ilin analoji göstəricisi ilə müqayisədə 30,9% çoxdur.

Bildirilib ki, ümumilikdə 2024-cü ilin sonunadək mexanizm vasitəsilə 6257 ailə özünün yaşayış şəraitini yaxşılaşdırıb ki, onların da 60%-dən çoxunu gənclər və gənc ailələr təşkil edir.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 14 ünvanda mənzillər təqdim edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isə Sumqayıt şəhərində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti