Bakı. Trend:
Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 150 manat pul, 2080 manat dəyərində spirtli içkilər və tütün məmulatlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən X.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.