Bakı. Trend:
Dünyada atmosferi çirkləndirən qazların səviyyəsi yüksək həddə çatıb. Havada olan karbon dioksidin konsentrasiya səviyyəsi insanların ilk dəfə bərpa olunmayan yanacaqlardan istifadə etməyə başladığı andan etibarən 50%-dən çox artıb.
Trend xəbər verir ki, bunu BBC iqlim dəyişikliyinin monitorinqini aparan “Met Office”ə istinadən məlumat yayıb.
Məlumata görə, qlobal istiləşməyə bilavasitə təsir göstərən karbon qazı səviyyəsi 2024-cü ildə ötən illərlə müqayisədə daha sürətlə artıb.
Qalıq yanacaq tullantılarının rekord səviyyəyə çatdığı bildirilir.
"Met Office" bildirir ki, atmosferdəki karbon-dioksid miqdarının artım sürəti 1,5°C-dən çox qlobal istiləşmənin qarşısını almaq üçün dünya dövlətlərinin götürdükləri öhdəliklərə "uyğun deyil".
Xatırladaq ki, 2015-ci ildə Parisdə keçirilən İqlim konfransında təxminən 200 ölkə iqlim dəyişikliyinin ən ağır fəsadlarının qarşısını almaq ümidi ilə qlobal karbon qazı emissiyalarını azaltmaqla bağlı öhdəlik götürmüşdü.