Bakı. Trend:
Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı məbləği açıqlanıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artaraq 996,8 manat təşkil edib.
Qeyd olunub ki, 2024-cü ildə əhalinin gəlirləri nominal ifadədə 2023-cü illə müqayisədə 6,4 faiz artaraq 83,1 milyard manat olub.