Bakı. Trend:
İran və Rusiya arasında bank əməliyyatları aktivləşdirilib.
Trend-in məlumatına görə, bunu İranın Mərkəzi Bankının baş direktoru Məhəmmədrza Fərzin mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiyanın "Mir" və İranın "Şetab" kart şəbəkələri birləşdirilib və İran və Rusiyanın valyuta sazişi icra olunub.
Fərzin deyib ki, sazişə əsasən iki ölkə arasında bank əməkdaşlığı iki ölkənin valyutası (rubl və rial) ilə həyata keçiriləcək.
İranlı rəsmi qeyd edib ki, İran və Rusiya mərkəzi bankları arasında müştərək addım sənədində üç məsələ nəzərdə tutulub. Bunlar "iki ölkənin ticarətində milli valyutalarından istifadə", "iki ölkənin yerli SEPAM və SPFS bank mesaj sistemindən istifadə" və "iki ölkənin ödəniş kart sisteminə qoşulmaq"-dır.