Bakı. Trend:
Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ildə daşınmış yüklərin həcmi 8621,4 min ton təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, 2023-cü ilə nisbətən sözügedən nəqliyyat vasitəsi ilə daşınmış yüklərin həcmi 4,3% azalıb.
Bildirilib ki, yüklərin 48,9%-ni neft yükləri təşkil edib.
Eyni zamanda dövr ərzində dəniz limanları tərəfindən 14051,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 11315,8 min tonunu və ya 80,5%-ni tranzit yüklər təşkil edib.
2025-ci il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 653,0 min ton olub.
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilə nisbətən 19,8% artaraq 28,4 min nəfər olub.