Bakı.Trend:
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkəsində kriptovalyutaların inkişafının milli səviyyədə prioritetləşdirilməsi haqda fərman imzalamağa hazırlaşır.
Trend xəbər verir ki, bu haqda “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp bu sahədə dövlət inkişaf siyasətinin formalaşdırılması üçün kriptovalyutalar üzrə məşvərət şurası yaratmağı planlaşdırır. Eyni zamanda Trampın hakimiyyətə gəlməsindən sonra kriptovalyutalarla bağlı məhkəmə mübahisələrə, o cümlədən Binance kriptobirjasına qarşı işə xitam verilməsi ehtimalı da var.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp ilk dəfə olaraq ABŞ administrasiyasında Süni İntellekt və kriptovalyutalar üzrə kurator vəzifəsi təsis edib. O bildirib ki, Vaşinqton kriptovalyutalara xüsusi diqqət ayırmalıdır, əks təqdirdə bu bazarda başqa ölkələr, başlıca olaraq Çin hökmranlıq edə bilər.