Bakı. Trend:
Azərbaycan və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze özünün "X" platformasındakı səhifəsində yazıb.
"Gürcüstan və Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə 10-cu Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Azərbaycanın Baş Naziri Əli Əsədov ilə məhsuldar danışıqlar apardıq.
Biz qarşılıqlı maraq doğuran sahələrdə Gürcüstan-Azərbaycan ikitərəfli əməkdaşlığının daha da dərinləşdirilməsi perspektivlərini müzakirə etdik.
Biz ticarət-iqtisadi sahədə, eləcə də, enerji sektorunda əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladıq. Bizim strateji tərəfdaşlığımız regional sabitlikdə və tərəfdaşlarımız üçün təhlükəsiz əlaqənin təmin edilməsində mühüm rol oynayır", - o bildirib.
Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.