Bakı. Trend:
Ötən il Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2109,1 milyon manatlıq məhsul istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əvvəlki illə müqayisədə əczaçılıq məhsullarının istehsalı 81,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 18,0 faiz, kimya sənayesi məhsullarının istehsalı isə 6,5 faiz artıb.
Qeyd olunub ki, kimya sənayesi məhsullarından karbamid istehsalı 43,8 faiz, azot istehsalı 11,6 faiz, metanol istehsalı 4,4 faiz, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 2,9 dəfə, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 40,3 faiz, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 22,6 faiz, polietilendən kisə və çantalar istehsalı isə 5,9 faiz artıb.