...

Elektrik enerjisi hasil edə bilən ağıllı parça hazırlanıb

Maraqlı Materials 17 Yanvar 2025 11:06 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Şimali Karolina Universitetinin mütəxəsisləri enerji hasil edə bilən tekstil material hazırlayıblar.

Trend xəbər verir ki, bu haqda universitetin saytına məlumat dərc olunub.

Materialın hazırlanmasında alimlər amfifillərdən istifadə ediblər. Amfifillər — eyni zamanda həm hidrofildə (suyu sevən), həm də hidrofob (sudan qaçan) hissələrə malik molekullardır. Onlar sulu mühitdə micel və ya membran kimi strukturlar yarada bilirlər.

“Biz müəyyən etmişik ki, amfifil materialları təkcə toxunuş zamanı xoş duyğu yaratmır, onlar həm də 300 volta qədər elektrik enerjisi hasil edə bilir. Bu kiçik bir material hissəsi üçün möhtəşəm nəticədir”, – deyə tədqiqatçı Lilian Syao bildirib.

Elektrik materialın bir-birinə sürtülməsi zamanı ərsəyə gəlir, o materialdan olan geyimi geyindikdə isə bu istər-istəməz baş verir.

Xəbər lenti

Xəbər lenti