...

Qrenlandiya ABŞ-ın bir hissəsi olmaq istəmədiyini açıqlayıb

Dünya xəbərləri Materials 17 Yanvar 2025 02:53 (UTC +04:00)

Bakı. Trend:

Qrenlandiya ABŞ-nin bir hissəsi olmaq istəmir, lakin Vaşinqtonla işgüzar əməkdaşlığın inkişafına açıqdır.

Trend-in məlumatına görə, bu barədə Qrenlandiyanın Biznes, Ticarət, Mineral Ehtiyatlar, Ədliyyə və Gender Bərabərliyi naziri Naaya Natanielsen "The Washington Post" qəzeti üçün məqaləsində yazıb.

"Baş nazirimizin açıq şəkildə qeyd etdiyi kimi, Qrenlandiya Qrenlandiya xalqına məxsusdur. Biz Birləşmiş Ştatların bir hissəsi olmaq istəmirik. Biz danimarkalı və ya amerikalı deyilik", - deyə nazir qeyd edib.

Eyni zamanda o qeyd edib ki, Qrenlandiya "hər iki tərəfə fayda verə biləcək razılaşma əldə etmək üçün geniş imkanlar görür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti