Bakı. Trend:
ABŞ Ali Məhkəməsi Çinin "ByteDance" şirkətinə məxsus "TikTok" sosial şəbəkəsinin amerikalı sahibkarlara satılmaması halında tətbiqin ölkə ərazisində qadağan olunmasına qərar verib.
Trend xəbər verir ki, bu barədə CNBC məlumat yayıb. Qərara görə, satış yanvarın 19-dək yerinə yetirilməzsə, həmin gündən etibarən proqram ABŞ-da fəaliyyətini dayandıracaq. "TikTok"un yayıldığı əsas platformalar, məsələn, "Apple"ın "Appstore" və "Google"un "Play Market" xidmətləri onu silmək məcburiyyətində qalacaqlar, əks halda onlar da cəzalandırılacaqlar.
ABŞ rəsmiləri bildirir ki, "TikTok" istifadəçiləri haqqında məlumatların toplanması ölkə üçün milli təhlükəsizlik riskidir. Şirkət isə Pekin tələb etsə belə, bu məlumatları Çin hökumətinə verməyəcəyinə söz verib.