Bakı. Trend:
Yəmənin şimalına nəzarət edən şiə hərbi-siyasi hərəkatı Ənsar Allah ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan USS Harry Truman gəmisinə Qırmızı Dənizdə bölgəyə gəldikdən sonra yeddinci dəfə hücum etdiyini iddia edir.
Trend xəbər verir ki, İsrail qüvvələrinə qarşı üç əməliyyatla yanaşı, donanma Qırmızı Dənizin şimalında ABŞ-a məxsus təyyarədaşıyan gəmini hədəf alaraq dördüncü əməliyyat keçirib.
“Məqsədimiz, bölgədəki gərginliyi azaltmaqdır. Təyyarədaşıyan gəmi Qırmızı Dənizə çatdıqdan sonra yeddinci hücumdur”, - deyə məlumatda vurğulanır.
Husilər isə Yəmənə qarşı hər hansı eskalasiyaya və ABŞ-İsrail ittifaqına qarşı hər an hazır olduqlarını bildiriblər. Qəzza zolağındakı vəziyyəti yaxından izlədiklərini açıqlayıblar.