Bakı. Trend:
Britaniyanın “British Airways” aviaşirkətinin veb-saytı, mobil tətbiqi və digər onlayn sistemləri texniki nasazlıqlar səbəbindən fəaliyyətini dayandırıb.
Trend “The Independent” nəşrinə istinadla xəbər verir ki, bu vəziyyət sərnişinlərin rezervasiyalarına daxil olmasına və digər məlumatlara çıxışına mane olub. Aviaşirkətin veb-saytında sərnişinlərə texniki nasazlıq barədə bildiriş təqdim edilib. Bildirişdə problemin yüksək tələbatla əlaqəli olduğu qeyd olunub.
Eyni zamanda, “British Airways” mobil tətbiqində də sistem səhvləri baş verib və düzgün işləməyib. Bunun nəticəsində sərnişinlər onlayn qeydiyyatdan keçə, rəqəmsal uçuş kartlarını əldə edə bilməyiblər.
Aviaşirkət problemin aradan qaldırılması üçün lazımi tədbirlər gördüyünü bildirib.