...

5 ölkənin nümayəndələri Qəzza atəşkəsinə nəzarət edəcək

Dünya xəbərləri Materials 18 Yanvar 2025 00:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misir, İsrail, Qətər, Fələstin Milli Administrasiyası və ABŞ-ın nümayəndələri Qəzza zolağında atəşkəs razılaşmasının icrasına nəzarət edəcəklər.

Trend xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Yuxarıda adı çəkilən dövlətlərin nümayəndələri Qəzza üzrə “iştirakçılar arasında effektiv koordinasiyanı təmin etmək və sazişin şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək” üçün yaradılmış Sazişin İcrası üzrə Monitorinq Mərkəzinin bir hissəsi olacaqlar.

Telekanalın məlumatına görə, mərkəzin yaradılması barədə qərar Misir, İsrail, Qətər, Fələstin və Amerika nümayəndə heyətlərinin Qahirədə keçirilən görüşündən sonra qəbul edilib. Danışıqlar "müsbət atmosferdə keçdi" və "bütün iştirakçılar arasında konsensusun mövcudluğunu nümayiş etdirdi".

Cümə günü səhər saatlarında Misir Xarici İşlər Nazirliyi vasitəçilərin Qəzza razılaşmasının icrasına nəzarət etmək üçün Qahirədə Monitorinq Mərkəzi yaratmaq planlarını açıqlayıb.

Xəbər lenti

Xəbər lenti