Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının məcburi ehtiyatları 11 milyard ABŞ dolları təşkil edir.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
"Mərkəzi Bankın ehtiyatları 11 milyard ABŞ dolları təşkil edir. Ümumi strateji ehtiyatlarımız 3,5% artaraq 72 milyard dollar olub", - o bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.