...

AMB-nin uçot dərəcəsi ilə bağlı qərarı kredit faizlərinə necə təsir göstərəcək? - Baş direktor açıqladı

İqtisadiyyat Materials 22 Yanvar 2025 13:20 (UTC +04:00)
AMB-nin uçot dərəcəsi ilə bağlı qərarı kredit faizlərinə necə təsir göstərəcək? - Baş direktor açıqladı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Uçot dərəcəsinin 1 faiz bəndi dəyişimi təxminən 0,60 faiz bəndi AZİR indeksinə təsir göstərir. Bu da öz növbəsində depozit faizlərinə təxminən 1 faiz bəndi dəyişəndə 0,4-0,5 faiz bəndi ətrafında təsir göstərir.

Trend xəbər verir ki, bunu bu gün Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov bu gün faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, həmin rəqəmləri bir-birinə vurduqda uçot dərəcəsinin 1 faiz dəyişimi faktiki olaraq uzunmüddətli depozitlərə 0,3 faiz bəndi ya artırıcı, ya da azaldıcı təsir göstərir:

"Bu, ümumi transmissiya qiymətləndirilməsidir. Biz müşahidə edirik ki, zaman artdıqca ötürücülük daha da güclənir. Bizim gördüyümüz odur ki, artıq depozit faizlərinin vasitəsilə də kredit faizlərinə də təsir görürük. Yəni uzun illər istədiyimiz həmin o ötürücülük təsir effektini alırıq.

2022-ci ilin sentyabrın 1-də çıxdığımız yol artıq bu transmissiyanın ancaq gücləndirilməsinə yönəlib. Ona görə də 2025 və ondan sonrakı illərdə biz uçot dərəcəsinin transmissiyasının yalnız gücləndirməsi istiqamətində öz islahatlarımızı edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti