...

Dövlət satınalmaları portalında “Kağızsız Hökumət”ə keçid istiqamətində yeni addım atıldı

İqtisadiyyat Materials 22 Yanvar 2025 14:24 (UTC +04:00)
Dövlət satınalmaları portalında “Kağızsız Hökumət”ə keçid istiqamətində yeni addım atıldı
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət satınalmalarında iştirak edən təchizatçılar satınalan təşkilatlara məhkumluq barədə arayışı “etender.gov.az” portalı vasitəsilə təqdim edə biləcəklər.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən Trend-ə verilən məlumata görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tərəfindən bu istiqamətdə həyata keçirilən inteqrasiya prosesi Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə birgə əməkdaşlıq nəticəsində təmin edilib.

Belə ki, prosesinin rəqəmsallaşması zamanı müvafiq altsistemlərə inteqrasiya və zəruri məlumatların ötürülməsi İRİA-nın “digital.bridge” sistemi üzərindən həyata keçirilib. İnteqrasiyalar nəticəsində sistem üzərindən tələb olunan 6 adda sənədin 5-nin rəqəmsal formada təqdim olunmasına nail olunub.

Qeyd edilir ki, Milli Məlumat Mübadiləsi Sistemi (“digital.bridge”) dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsinin təşkilini və səmərəliliyini artırmaq, eləcə də əhaliyə elektron xidmətlərin göstərilməsində idarəetməni optimallaşdırmaq məqsədilə fəaliyyət göstərir.

İnteqrasiya sayəsində dövlət satınalmalarında iştirak edən təchizatçılar uyğunluq göstəriciləri ilə bağlı müvafiq məlumatlarla yanaşı, məhkumluq barədə məhkəmə qərarının olub-olmaması haqqında məlumatı heç bir yerə getmədən birbaşa şəxsi kabinetlərində sorğu etməklə əldə edə bilərlər. Bu funksiyanın tətbiqi təqdim edilən arayışların saxta olub-olmaması ilə bağlı riskləri tam aradan qaldırmaqla yanaşı, əlavə vaxt itkisinin yaranmasının da qarşısını alır. Eləcə də sistemdə müraciət zamanı kağız daşıyıcıda olan sənədlərin minimuma endirilməsini təmin edərək “Kağızsız hökumət”ə və yaşıl siyasətə öz töhfəsini verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti