...

Tacikistan MDB sədrliyi müddətində energetikanın texnoloji inkişafına vasitəçilik edəcək

İqtisadiyyat Materials 23 Yanvar 2025 12:45 (UTC +04:00)
Tacikistan MDB sədrliyi müddətində energetikanın texnoloji inkişafına vasitəçilik edəcək
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Tacikistanın MBD sədrliyi müddətində enerji sahəsində əsas səylər üzv-dövlətlərin energetika sektorunun texnoloji inkişafına yönələcək.

Trend xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon səfirlikdə Tacikistanın 2025-ci ildə MDB sədliriyinə həsr olunmuş brifinqdə bildirib.

“Səylərimiz həm də üzv-dövlətlərdə energetikanın texnoloji baxımdan inkişafının təmin edilməsində əməkdaşlığın davam etdirilməsinə, elektrik enerjisinin daha ekoloji-təmiz hasilat metodlarına keçiddə və bərpaoluna bilən və resurslara qənaət edən texnologiyalardan istifadə həcminin artırılmasına yönələcək”, -deyə səfir qeyd edib.

Abdurahmon bildirib ki, MDB üzv dövlətlərinin 2035-ci ilə qədər Energetika Sahəsində Əməkdaşlıq Konsepsiyası və onun gerçəkləşdirilməsi üzrə İlkin Tədbirlər Planı üzrə birgə işlər davam etdiriləcək.

Diplomat qeyd edib ki, ekologiya sahəsində üzv dövlətlərin torpaq, təbii sərvətlər, meşələr, su ehtiyatları, bitki və heyvan aləmi kimi resurslarından fərdi qaydada istifadə xüsusiyyətlərini nəzərə alaraq, razılaşdırılmış standartların və ekoloji normaların işlənməsi istiqamətində qarşılıqlı fəaliyyət davam etdiriləcək.

“Həmçinin ekoloji problemlərin həllində ictimai rəyin rolunun artırılmasının vacibliyi ilə bağlı üzv-dövlətlərin əhalisi arasında məlumatlılığın artırılması istiqamətində tədbirlər təşkil olunacaq”, deyə səfir əlavə edib.

Xəbər lenti

Xəbər lenti