...

PAŞA Kapital Glensol şirkətinin ilk korporativ istiqrazlarını təqdim edir

İqtisadiyyat Materials 24 Yanvar 2025 11:22 (UTC +04:00)
PAŞA Kapital Glensol şirkətinin ilk korporativ istiqrazlarını təqdim edir

Bakı. Trend:

Dövlət və korporativ istiqrazlar üzrə illərdir ki, liderliyini qoruyan PAŞA Kapital, "Nobel Energy"nin törəmə şirkəti olan "Global Energy Solutions" (Glensol) şirkətinin ilk korporativ istiqrazlarının abunə yazılışına start verib.

İstiqraz buraxılışını ümumi həcmi 10 milyon AZN təşkil edir və hər biri 5 milyon AZN olmaqla iki tranşda həyata keçiriləcək. 21 yanvar tarixində başlayaraq iki həftə ərzində davam edəcək birinci tranşda istiqraz əldə edən investorlar rüblük olaraq 12% illik gəlir əldə edəcəklər.

"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin anderrayteri olduğu istiqrazların əsas xüsusiyyətləri aşağıdakı kimidir:

  • Nominal dəyər: 100 AZN
  • Gəlirlilik faizi: İllik 12%
  • Kupon ödənişi: rüblük
  • Tədavül müddəti: 2 il
  • Növ: Sənədsiz, adlı, faizli, təmin edilməmiş

Bu emissiyadan əldə edilən vəsait neft-mədən əməliyyatlarının, avadanlıqlar üzrə texniki xidmət fəaliyyətlərinin inkişafına yönəldiləcək və eyni zamanda enerji sektorunda dayanıqlı layihələrin həyata keçirilməsi üçün istifadə olunacaq.

İstiqrazları əldə etmək istəyən şəxslər 04 fevral 2025-ci il tarixinədək PAŞA Kapital-ın onlayn müraciət platforması - https://www.pashacapital.az/trading/glensol vasitəsilə müraciət edərək abunə yazılışında iştirak edə bilər.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.

Xəbər lenti

Xəbər lenti