...

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin dəyəri məlum olub - CƏDVƏL

İqtisadiyyat Materials 25 Yanvar 2025 12:21 (UTC +04:00)
Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin dəyəri məlum olub - CƏDVƏL
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 19,6 milyard ABŞ dolları təşkil edib.

Trend-in Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2023-cü ildəki göstəricilərlə müqayisədə 5,2 milyard ABŞ dolları və ya 21,1% azdır.

İl ərzində Azərbaycandan Aİ ölkələrinə 16,8milyard ABŞ dolları dəyərində ixrac (1 il əvvələ nisbətən 5 milyard ABŞ dolları və ya 22,9% az), 2,8 milyard ABŞ dolları dəyərində idxal (illik müqayisədə 219,7 milyon ABŞ dolları və ya 7,3% az) əməliyyatları həyata keçirilib.

Hesabat dövründə Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 63,31%, ümumi idxalında payı isə 13,20% təşkil edib.

Bu dövrdə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, Çexiya, Xorvatiya, Bolqarıstan, Yunanıstan olub.

Belə ki, 2024-cü il ərzində Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 11,4 milyard ABŞ dolları təşkil edib. Dövr ərzində Azərbaycandan İtaliyaya 10,9 milyard ABŞ dolları dəyərində məhsul ixrac edilib. Öz növbəsində İtaliyadan Azərbaycana 515,8 milyon ABŞ dolları dəyərində məhsul gətirilib. Hesabat dövründə İtaliya ilə ticarət əməliyyatları ölkənin ümumi ticarətində 23,92% paya sahib olub.

2024-cü il ərzidə Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsini təqdim edirik:

Avropa İttifaqı (Aİ) ölkələri

İxrac (ABŞ dolları ilə)

Ümumi ixraca nisbətən, %-lə

İdxal (ABŞ dolları ilə)

Ümumi idxala nisbətən, %-lə

Almaniya

776 979.82

2.93

825 711.54

3.92

Avstriya

50 644.50

0.19

87 183.75

0.41

Belçika

17 520.12

0.07

69 230.32

0.33

Bolqarıstan

683 048.98

2.57

35 603.23

0.17

Çexiya

1 088 485.92

4.10

64 829.45

0.31

Danimarka

124.72

0.00

51 818.40

0.25

Estoniya

9 735.39

0.04

6 717.86

0.03

Finlandiya

174.64

0.00

29 939.57

0.14

Fransa

96 304.09

0.36

235 308.66

1.12

Xorvatiya

873 440.82

3.29

5 312.14

0.03

İrlandiya

139 782.11

0.53

40 487.12

0.19

İspaniya

163 696.23

0.62

146 175.95

0.69

İsveç

1 400.33

0.01

43 023.92

0.20

İtaliya

10 875 130.22

40.95

515 802.37

2.45

Kipr

10 760.04

0.04

3 109.81

0.01

Latviya

5 876.57

0.02

21 228.94

0.10

Litva

5 541.28

0.02

60 418.63

0.29

Lüksemburq

29 771.72

0.11

2 408.65

0.01

Macarıstan

7 512.23

0.03

54 829.77

0.26

Malta

14 375.09

0.05

2 209.36

0.01

Niderland

149 971.00

0.56

98 774.42

0.47

Polşa

68 315.62

0.26

153 709.14

0.73

Portuqaliya

631 357.54

2.38

15 537.72

0.07

Rumıniya

476 867.83

1.80

85 900.75

0.41

Slovakiya

122.27

0.00

46 068.31

0.22

Sloveniya

8 130.63

0.03

21 949.61

0.10

Yunanıstan

626 591.02

2.36

57 334.39

0.27

Cəmi

16 811 660.70

63.31

2 780 623.77

13.20

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə (180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dolları ixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti