Bakı. Trend:
Ötən il dövlət büdcəsinin gəlirləri 37164,2 milyon manat, xərcləri 37719,7 milyon manat olub, 555,5 milyon manat məbləğində dövlət büdcəsinin kəsiri (defisit) yaranıb.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, 2024-cü ildə dövlət büdcəsinin gəlirləri isə 36388,0 milyon manat proqnoza qarşı 37164,2 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 776,2 milyon manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 5,5 faiz və ya 1927,8 milyon manat çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri proqnoza nisbətən 3,3 faiz çox icra edilməklə 24383,2 milyon manat təşkil edib.