...

Ölkədə ödəniş kartlarının sayı ARTIB

İqtisadiyyat Materials 30 Yanvar 2025 13:13 (UTC +04:00)
Ölkədə ödəniş kartlarının sayı ARTIB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda banklar və “Azərpoçt” MMC sistemləri üzrə 2024-cü ilin dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 436 min ədəd artaraq 19 milyon 899 min ədəd təşkil edib.

Trend Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.6% artıb.

Məlumata əsasən, ödəniş kartlarında artım debet kartları üzrə 19.9%, kredit kartları üzrə 1.8% təşkil edib: "Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artmışdır. 2024-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,486 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7,360 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,121 mln. manatı POS-terminallar, 3.7 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatlarının 64.2%-ni təşkil etmişdir".

"Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin dekabr ayının sonu ilə müqayisədə bankomatların sayı 6.2%, POS-terminalların sayı 38.4% artmışdır", -məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti