Bakı. Trend:
Bu ilin yanvarın 1-nə Azərbaycanda kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin cəmi məbləği 49,3 milyard manat təşkil edib.
Trend-in Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, bu, bir ay əvvələ nisbətən 2,6 milyard manat və ya 7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,3 milyard manat və ya 8,9% çoxdur.
Cari ilin yanvarın 1-nə cəmi depozit və əmanətlərin 14,6 milyard manatı ev təsərrüfatlarına, 3 milyard manatı maliyyə təşkilatlarına, 22,5 milyard manatı isə qeyri-maliyyə təşkilatlarına məxsus olub.
İllik müqayisədə ev təsərrüfatlarına məxsus depozitlər 1,7 milyard manat (13,2%), maliyyə təşkilatlarına məxsus depozitlər 711 milyon manat (30,1%), qeyri-maliyyə təşkilatlarına məxsus depozitlər isə 881 milyon manat (4,1%) artıb.