...

Son 5 ildə sosial islahatlara əlavə olaraq illik 8,2 milyard manata yaxın vəsait ayrılıb - Himalay Məmişov

İqtisadiyyat Materials 5 Fevral 2025 21:40 (UTC +04:00)
Son 5 ildə sosial islahatlara əlavə olaraq illik 8,2 milyard manata yaxın vəsait ayrılıb -  Himalay Məmişov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Fərman və Sərəncamları ilə 2019-2025-cü illərdə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılması məqsədilə 4 sosial islahat paketi icra olunub.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirdiyi mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatlar üzrə əlavə olaraq ayrılan illik vəsaitin məbləği 8,2 milyard manata yaxındır.

Qeyd olunan islahatlar nəticəsində:
- minimum əməkhaqqı 3,1 dəfə artıb;
- orta aylıq əməkhaqqı 85 faiz artıb (545 manat – 1009 manat);
- əməkhaqqı fondu 3 dəfə artıb;
- sosial müavinət və təqaüd ödənişləri 5,5 dəfəyə yaxın artıb (illik 400 mln. manat -1,9 mlrd. manat);
- ünvanlı yardımın orta aylıq məbləği 2,6 dəfə artıb (175 manat / 487 manat);
- ehtiyac meyarı 2,5 dəfə artıb (116 manat / 270 manat), yaşayış minimumuna bərabərdir;
- 10 yeni sosial ödəniş növü təsis edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti