Bakı. Trend:
Türkiyə 2025-cü ilin yanvar ayında Azərbaycana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 10 milyon 683 min 72 dollara çatdırıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 7 milyon 902 min 80 dollar məbləğində mebel ixrac edib.
Qeyd edək ki, 2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına mebel ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 1,4 faiz artaraq, 609 min 821 dollara bərabər olub.
Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,9 faiz artaraq, 7 milyard 895 milyon 355 min dollara bərabər olub.