...

Azərbaycan İsrailə xam neft satışını iki dəfəyə yaxın azaldıb

İqtisadiyyat Materials 8 Fevral 2025 10:08 (UTC +04:00)
Azərbaycan İsrailə xam neft satışını iki dəfəyə yaxın azaldıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycandan İsrailə ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının miqdarı 1,2 milyon ton, dəyəri 713 milyon ABŞ dolları olub.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlar əsasında hesablamalar aparıb.

Məlumata görə, bunlar, əvvəlki illə müqayisədə müvafiq olaraq 1,1 milyon ton (1,9 dəfə) və 681 milyon ABŞ dolları (1,9 dəfə) az olub. 2023-cü ildə Azərbaycandan İsrailə 2,3 milyon ton miqdarında, 1,4 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Ötən il Azərbaycandan xaricə 23,5 milyon ton miqdarında, 14,4 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Hesabat dövründə ixrac olunan bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları əvvəlki ilin göstəriciləri ilə müqayisədə miqdar ifadəsi ilə 2,5 milyon ton və ya 9,4%, dəyər ifadəsi ilə 1,8 milyard ABŞ dolları, yaxud da 11,1% azalıb.

Belə ki, 2023-cü ildə Azərbaycandan ixrac edilmiş bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının miqdarı 26 milyon ton, dəyəri isə 16,2 milyard ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti