Bakı. Trend:
Cari ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 12 min 26 kiçik sahibkarlıq subyekti fəaliyyət göstərir.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, kiçik sahibkarlıq subyektlərinin sayı əvvəlki illə müqayisədə 2 min 317 ədəd və ya 23,9% artıb. Belə ki, 2024-cü ilin ilkin məlumatlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərinin sayı 9 min 709 ədəd olub.
Hesabat dövründə ən çox kiçik sahibkarlıq subyekti Bakı şəhərində qeydə alınıb. Belə ki, şəhərdəki kiçik sahibkarlıq subyektlərinin sayı 8 min 782 ədəd olub. Siyahının ikinci yerində Abşeron-Xızı iqtisadi rayonu (736 kiçik sahibkarlıq subyekti), üçüncü yerində isə Gəncə-Daşkəsən iqtisadi rayonu (313 kiçik sahibkarlıq subyekti) yer alıb.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında 201, Dağlıq Şirvan iqtisadi rayonunda 132, Lənkəran-Astara iqtisadi rayonunda 258, Qarabağ iqtisadi rayonunda 197, Qazax-Tovuz iqtisadi rayonunda 238, Quba-Xaçmaz iqtisadi rayonunda 246, Mərkəzi Aran iqtisadi rayonunda 281, Mil-Muğan iqtisadi rayonunda 177, Şəki-Zaqatala iqtisadi rayonunda 264, Şərqi Zəngəzur iqtisadi rayonunda 51, Şirvan-Salyan iqtisadi rayonunda 150 kiçik sahibkarlıq subyekti fəaliyyət göstərib.
Qeyd edək ki, kiçik sahibkarlıq subyektlərinin 73,0 faizi Bakıda, 6,1 faizi Abşeron-Xızı, 2,6 faizi Gəncə-Daşkəsən, 2,3 faizi Mərkəzi Aran, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.
Kiçik sahibkarlıq subyektlərinin ən çoxu ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində (4 min 133), ən azı isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində (42) fəaliyyət göstərir.