...

Azad edilən ərazilərdə məskunlaşanların peşə məktəblərində təhsil haqqını dövlət ödəyəcək

İqtisadiyyat Materials 12 Fevral 2025 14:00 (UTC +04:00)
Azad edilən ərazilərdə məskunlaşanların peşə məktəblərində təhsil haqqını dövlət ödəyəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilən ərazilərdə məskunlaşan şəxslərin peşə məktəblərində təhsil haqqı 3 il dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Qeyd edək ki, dəyişikliklər qəbul olunacağı təqdirdə, 2025-ci il sentyabrın 15-dən tətbiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti