Bakı. Trend:
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bərpa olunan enerji laboratoriyası qurulacaq.
Trend-in əldə etdiyi məlumata görə, laboratoriya BP Eksploreyşn Limited şirkətinin Azərbaycandakı nümayəndəliyinin universitetə ayırdığı qrant vəsaiti hesabına qurulacaq.
Belə ki, ilkin mərhələdə əsaslı təmir işləri aparılacaq, daha sonra laboratoriyanın qurulması işləri start götürəcək.
Universitet sözügedən işlərin icrasının 836 758 manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, BP Eksploreyşn Limited şirkətinin Azərbaycandakı nümayəndəliyi 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Conis Robert Qaridir.