Bakı. Trend:
2025-ci il 1 yanvar tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 27.4 milyard manat və ya 2024-cü il üzrə 126.3 milyard manat məbləğində olan Ümumi Daxili Məhsulun (ÜDM) 21,7 faizini təşkil edib.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ümumi dövlət borcunun 8.7 milyard manatı (5.129,7 milyon ABŞ dolları) və ya 31,8 faizi xarici dövlət borcunun, 18.6 milyard manatı və ya 68,2 faizi daxili dövlət borcunun payına düşür.