...

Yanvarda 46 mindən çox Asan İmza sertifikatı verilib

İqtisadiyyat Materials 17 Fevral 2025 14:34 (UTC +04:00)
Yanvarda 46 mindən çox Asan İmza sertifikatı verilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayı ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 64.180 şəxs qəbul edilib, onlara 106.229 sayda xidmət göstərilib ki, bunun 32,2 mindən çoxu şifahi xidmət (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 29,7 mindən çoxu elektron xidmət (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Bildirilib ki, qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 92,7 faizini təşkil edib.

2025-ci ilin yanvar ayı ərzində vergi ödəyicilərindən daxil olmuş 2,8 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 3,2 milyondan artıq məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində 579 vergi ödəyicisinin iştirakı ilə 36 görüş keçirilib, 397 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 267 mindən çox SMS göndərilib.

Yanvar ayı ərzində ümumilikdə 30.983 müraciət üzrə 46.326 Asan İmza sertifikatı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti