...

"Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda tədbir keçirilib (FOTO)(ƏLAVƏ OLUNUB)

İqtisadiyyat Materials 25 Fevral 2025 10:42 (UTC +04:00)
"Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda tədbir keçirilib (FOTO)(ƏLAVƏ OLUNUB)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirin keçirilməsində məqsəd KİV nümayəndələri və jurnalistlərlə görüş, Aqrar Sığorta Fondunun fəaliyyəti barədə KİV-lərin maarifləndirilməsi və 2024-cü ilin nəticələrinin açıqlanmasıdır.

Tədbirdə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov, Kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Elşən Ağayev, Aqrar Sığorta Fondunun beynəlxalq əməkdaşlıq və tədqiqatlar şöbəsinin müdiri Azər Məmmədov, eləcə də media nümayəndələri iştirak ediblər.

Tədbirdə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov çıxışı zamanı qeyd edib ki, ölkədə əkinə yararlı ərazilərin 96 faizi sığorta xidməti əldə etmək istədiyi halda çox asanlıqla bu xidmətdən yararlana bilər: "Bu istiqamətdə 14-ə yaxın normativ hüquqi qanunlar, statuslar təsdiqlənib. Ölkədə əkinə yararlı ərazilərin 1.7 milyon olmasını nəzərə alaraq, artıq 450 min hektar ərazini sığortalaya bilirik.

"Aqrar sığorta fondunun nizamnamə kapitalı 9 milyon manat təşkil edir. Aqrar sığorta sisteminin 4-5 il ərzində fəaliyyəti nəticəsində fondun aktivləri 9 milyondan 30 milyon manata çatıb".

Öz növbəsində kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev deyib ki, növbəti dövrlərdə də fermerlərə dəstək aqrar siyasətin əsas alətlərindən olacaq: "Son beş ildə aqrar sahədə uğurlu fəaliyyətlər icra olunmaqdadır. Bunun üçün hüquqi baza da formalaşdırılıb. Aqrar sığorta mexanizmi özünü təkmilləşdirərək inkişaf edir.

Son illər baş verən iqlim dəyişikliiyi fonunda sığorta ödənişlərinin həcmi fermerlərə fəaliyyətini davam etdirməyə imkan verir".

Aqrar Sığorta Fondunun beynəlxalq əməkdaşlıq və tədqiqatlar şöbəsinin müdiri Azər Məmmədov isə əlavə edib ki, son 20 il ərzində Azərbaycanda təbiət hadisələri Azərbaycanda 3 dəfədən çox artıb: "Qeyd olunan dövr ərzində dolu hadisələri 3 dəfə, daşqın hadisələri 12 dəfə və şiddətli küləkli günlər, qasırğalar üzrə 18 dəfə artım müşahidə olunub. Bu da aqrar sığorta mexanizminin vacibliyini bir daha təsdiqləyib. Ümumiyyətlə, xatırladım ki, Aqrar Sığorta Fondu heyvandarlıq, bitkiçilik və aqrokultura üzrə məhsulları sığortalayır.

2020-ci ildən - yəni Aqrar Sığorta Fondu fəaliyyətə başladıqdan sonra toplanmış sığorta haqlarında kəskin artım müşahidə olunub. Belə ki, 2024-cü ilədək aqrar sığorta mexanizmi çərçivəsində 14.2 milyon manat sığorta haqqı toplanıb".

Daha sonra Medianın İnkişafı Agentliyinin şöbə müdiri Elşən Ağayev çıxışında bildirib ki, son illər iqlim dəyişikliyi kontekstində müşahidə etdiyimiz müxtəlif anomaliyalar və yaxud qeyri-ənənəvi yağış, dolu və s. təbiət hadisələri fonunda mövcud şərtlər aqrar sığorta sisteminin inkişafının genişlənməsini labüd edir: "Kənd təsərrüfatı ölkədə ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafın, həmçinin əhalinin məşğulluğu aspektindən mühüm iqtisadi sahələrdəndir: "Bu sektor açıq hava sahəsində istehsalat sahəsidir və müxtəlif riskləri həmişə üzərində daşıyır. Xüsusən son illər iqlim dəyişikliyi kontekstində müşahidə etdiyimiz müxtəlif anomaliyalar və yaxud qeyri-ənənəvi yağış, dolu və s. təbiət hadisələri fonunda mövcud şərtlər aqrar sığorta sisteminin inkişafının genişlənməsini labüd edir. Bu istiqamətdə son 5 ildə, demək olar ki, çox uğurlu bir fəaliyyətlər icra olunmaqdadır. Bunun üçün hüquqi baza da formalaşdırılıb".

Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov isə çıxışında qeyd edib ki, 2024-cü il ərzində Azərbaycanda 6,4 milyon manat aqrar sığorta ödənişi icra edilib: "2022-ci ildə bu göstərici 2,4 milyon manata, 2023-cü ildə isə 4,4 milyon manata bərabər olub.

2023-cü ildə 240 min hektar ərazini sığortalanmış, 7.3 milyon manat sığorta haqqı ödənilmişdir. 2024-cü ildə isə 246 min hektar ərazini sığortalanmış, 5.4 milyon manat sığorta haqqı icra edilmişdir".

Xəbər lenti

Xəbər lenti