...

Ötən ay bankların xalis mənfəəti 28,6 milyon manat azalıb

İqtisadiyyat Materials 25 Fevral 2025 10:38 (UTC +04:00)
Ötən ay bankların xalis mənfəəti 28,6 milyon manat azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında banklar 71 milyon manat xalis mənfəət, 122.5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər

Trend-ə bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 28,6 milyon manat və ya 28,7%, bankların əməliyyat mənfəəti isə 21,1 milyon manat və ya 14,7% azalıb.

Belə ki, 2024-cü ilin yanvar ayında banklar 99.6 milyon manat xalis mənfəət, 143.6 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

Qeyd edək ki, yanvarda fəaliyyətdə olan bankların cəmi aktivləri 53 milyard manat, cəmi öhdəlikləri 46,4 milyard manat, balans kapitalı 6,7 milyard manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti