Bakı. Trend:
Ölkədə əkinə yararlı ərazilərin 96 faizi sığorta xidməti əldə etmək istədiyi halda çox asanlıqla bu xidmətdən yararlana bilər.
Trend xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bu gün "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, bu istiqamətdə 14-ə yaxın normativ hüquqi qanunlar, statuslar təsdiqlənib: "Ölkədə əkinə yararlı ərazilərin 1.7 milyon olmasını nəzərə alaraq, artıq 450 min hektar ərazini sığortalaya bilirik".
"Aqrar sığorta fondunun nizamnamə kapitalı 9 milyon manat təşkil edir. Aqrar sığorta sisteminin 4-5 il ərzində fəaliyyəti nəticəsində fondun aktivləri 9 milyondan 30 milyon manata çatıb", - deyə F. Sadıqov əlavə edib.