...

Bu il Aqrar Sığorta Fondunun investisiya istiqamətləri 22-23 milyon manat civarındadır - Fuad Sadıqov

İqtisadiyyat Materials 25 Fevral 2025 12:47 (UTC +04:00)
Bu il Aqrar Sığorta Fondunun investisiya istiqamətləri 22-23 milyon manat civarındadır - Fuad Sadıqov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hər ilin əvvəlində investisiya istiqamətləri müəyyən edilir. Məsələn, bu il Aqrar Sığorta Fondunun investisiya istiqamətləri 22-23 milyon manat civarındadır.

Trend xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bu gün "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, həmin vəsaitlər dövlət qiymətli kağızlarına, eyni zamanda beynəlxalq reytinq agentlikləri tərəfindən B- reytinqindən yuxarı olan banklara verilir:

"Ölkədə cəmi 5 belə bank var. Biz investisiyanı hansısa dayanıqlı olmayan banka yatıra bilmərik. Yalnız dövlət bankı, dövlət qiymətli kağızları və beynəlxalq agentliklərin B- reytinqindən yüksək olan banklara yatırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti