...

Mikrosahibkarlığa verilən kreditlərin həcmi 59 milyon manat azalıb

İqtisadiyyat Materials 26 Fevral 2025 11:11 (UTC +04:00)
Mikrosahibkarlığa verilən kreditlərin həcmi 59 milyon manat azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayının sonuna Azərbaycanda mikrosahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,048 milyard manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, ötən ilin sonu ilə müqayisədə 59 milyon manat və ya 1,9% azdır.

Belə ki, 2024-cü ilin sonunda Azərbaycanda mikrosahibkarlıq subyektlərinə verilən kreditlətin həcmi 3,107 milyard manat idi.

Qeyd edək ki, ötən ayın sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,7 milyard manat təşkil edib. Bankların biznes kredit portfeli əvvəlki illə müqayisədə 13,9% və ya 1,798 milyard manat artıb. 2023-cü ildə bankların biznes kredit portfelinin həcmi 12,9 milyard manat olub.

Xatırladaq ki, cari ilin yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda 178 min 61 mikrosahibkarlıq subyekti fəaliyyət göstərir.

Mikrosahibkarlıq subyektlərinin 11 min 829-u kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 10 min 850-i emal sənayesində, 16 438-i tikinti, 62 min 278-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13 min 830-u peşə, elmi və texniki fəaliyyət, 10 986-ü ünzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrində fəaliyyət göstərir. Ən az mikrosahibkarlıq subyektləri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində fəaliyyət göstərir. Bu sahədə fəaliyyət göstərən mikrosahibkarlıq subyektlərinin sayı 191 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti